Azərbaycana iyulun 1 -dək giriş-çıxış qadağandır

Azərbaycana iyulun 1 -dək giriş-çıxış qadağandır Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır...
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixədək uzadılıb.
Geri qayıt