Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib...
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" QSC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-yə maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil".
Geri qayıt