AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı

AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar olaraq, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Bu barədə AZAL-a istinadən xəbər veririk.

Məlumata görə, alternativ olaraq sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.
Geri qayıt