ATV-nin bir əməkdaşı koronavirusa yoluxdu – Digəri isə karantinə alındı

ATV-nin bir əməkdaşı koronavirusa yoluxdu – Digəri isə karantinə alındı "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı saytımıza təsdiqləyib.

Bununla belə, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.
Geri qayıt