"Uşaq bağçaları açılmayacaq" - RƏSMİ

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Bakı merinin sözlərinə görə, mütəxəssislər nə qərar qəbul etsə, bununla bağlı yekun məsələ ictimaiyyətə açıqlanacaq.
E.Əzizov bildirib ki, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.