Abutalıbovun əlilə verdiyi obyekti təzə icra başçısı sökdürür -İddia

Abutalıbovun əlilə verdiyi obyekti təzə icra başçısı sökdürür -İddia Suraxanı rayon sakini, II qrup əlil olan Ələkbər Əliyev rayon icra başçısı Əziz Əzizovun ona məxsus ticarət obyektini sökdürməsindən şikayət edib...
Musavat.com-a danışan şikayətçi bildirib ki, 15 il öncə II qrup əlil kimi Bakı meri Hacıbala Abutalıbovun qəbulunda olub və ona maddi durumunun ağır olduğunu deyib. Abutalıbov isə ona hazırda söküntüyə məruz qalan obyekti hədiyyə edib. Rayonda neçə icra başçısı dəyişsə də, heç kim kənd təsərrüfatı məhsulları satıb ailəsini dolandıran Ələkbər Əliyevə mane olmayıb.

II qrup əlil iddia edir ki, sonuncu icra baçısı Əziz Əzizov obyekti sökdürməyə çalışıb. Başçı Ə.Əliyevi qəbuluna çağıraraq ərazidən uzaqlaşdırıb, elə həmin gün dükanın ətrafındakı hasarları sökdürüb. Şikayətçi iddia edir ki, icra nümayəndələri obyektin qanunsuz olduğu deyərək, ondan dəfələrlə rüşvət istəyiblər. Lakin Ə.Əliyev tələb olunan məbləği verə bilməyəcək qədər imkansız olduğunu deyir. Nəticədə tərəflər uzlaşa bilmədiyindən, 4 nəfərlik ailə yeganə gəlir mənbəyindən məhrum olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Abutalıbovun əlilə verdiyi obyekti təzə icra başçısı sökdürür -İddia

Geri qayıt