Rayonlara gediş-gəliş necə olacaq? - AÇIQLAMA

Rayonlara gediş-gəliş necə olacaq? - AÇIQLAMA Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması qadağası qüvvədə qalır.

Unikal.org xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.
Geri qayıt