Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndirilir - Sərəncam

Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndirilir - Sərəncam Prezident İlham Əliyev "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında" sərəncam imzalayıb...
Qərar ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə verilib.

Sənədlə Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək bu sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Hacıqabul Rayon İcra Hakimiyyətinə bu sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.
Geri qayıt