İradə Gülməmmədova onlayn müşavirə keçirib - FOTOLAR

Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejiminin müddətinin cari ilin mayın 31-nə qədər uzadıldığını və bu rejimin Abşerona da aid edildiyini vurğulayan İ.Gülməmmədova bildirib ki, koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməli, məhdudiyyətlərə və sanitar gigiyenik normalara əməl olunmalıdır.
Bəzi rayonlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin aşıldığını, saxtakarlığa yol verərək saxta arayışlarla ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işinin açıldığını xatırladan İ.Gülməmmədova icra nümayəndələrinə və bələdiyyə sədrlərinə bir daha bildirib ki, belə hallara yol verən şəxslər vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcək.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsinda danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edilib.


