Gələn ay Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

Gələn ay Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra bərpa müəssisələrində olduğu kimi, Xaçmaz Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.
Bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Burada effektiv fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində 600-dən çox əlilliyi olan şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Müəssisənin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ



Geri qayıt