Azərbaycanda bu şəhərlər istisna olmaqla SMS-icazə ləğv edildi

Azərbaycanda bu şəhərlər istisna olmaqla SMS-icazə ləğv edildi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Geri qayıt