Baş prokurordan ANONS: ciddi tədbirlər görüləcək

Baş prokurordan ANONS: ciddi tədbirlər görüləcək Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Çıxış edən Baş prokuror bildirib ki, ölkəmizdə aparılan islahatlar və yenilənmə prosesi məhkəmə hüquq sisteminin ən mühüm tərkib hissələrindən biri olaraq Azərbaycan Respublikası Prokurorluğunu da əhatə edir:

“Əsas vəzifəsi ölkəmizdə qanunların icra və tətbiq olunmasına nəzarət olan Azərbaycan Prokurorluğu daim ali dövlət rəhbərliyinin diqqət və qayğısını öz üzərində hiss edib. Belə ki, müstəqil Azərbaycan Prokurorluğunun inkişafının əsasları ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmaqla ötən illər ərzində həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində prokurorluq peşəkar kadr potensialı ilə komplektləşdirilmiş müasir orqana, insan hüquq və azadlıqlarının etibarlı təminatçısına, qanunçuluğun və dövlətçiliyin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə icra edən quruma çevrilib”.

Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan prokurorluq orqanları qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur:

“Bu konteksdə prokurorluq qarşısında duran ümdə vəzifələri birincisi, dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi; ikincisi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ilə birgə səylərin gücləndiriliməsi; üçüncüsü, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi; dördüncüsü, həm dövlət, həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi; beşincisi, hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsi; altıncısı, ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək; yeddincisi, məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədləriə nail olunmasında əsaslı dönüş əldə edilməsi; səkkizninci, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiqidir”
Geri qayıt