“Azəriqaz”a ciddi korrupsiya ittihamı – Sabiq rəsi faktları açıqladı

“Azəriqaz”a ciddi korrupsiya ittihamı – Sabiq rəsi faktları açıqladı Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin sabiq rəisi Müşfiq Güləliyev Sozcu.az saytına yazaraq, “Azəriqaz” İstehsalat Birliyində baş verən korrupsiya halları barədə verdiyi məlumatın işıqlandırılmasını xahiş edib.

Sozcu.az həmin Müşviq Güləliyevin yazısını təqdim edir:

Mən 2009-cu ilin dekabr ayında Ağdaş magistral qaz kəmərləri sahəsinin rəisi təyin
edilmişəm. Fəaliyyətə başladıqdan qısa müddət sonra gördüm ki, bu sahədə özbaşnalıq hökm sürür. Xeyli çətinliklər çəkərək, bir neçə ay ərzində nizam-intizamı və sahənin dayanaqlı işini bərpa etdim. Məlumunuz olsun ki, sahə böyük təsərrüfat idi və 16 rayonun qaz təchizatını həyata keçirirdi. Ona görə də mütamadi olaraq mal-materiala ehtiyac yaranırdı. Mən də “Azəriqaz” İB-yə müraciət edərək, zəruri mal-material tələb edirdim və təbii olaraq bu mal-materiallar sahəmizə göndərilirdi. Göndərilən malların qaiməsinə baxanda inanın ki,dəhşətə gəldim. Belə ki,həmin dövr üçün bazar qiyməti 1-1.2 manata olan əşya “Azəriqaz” İB-nin baş direktorunun ümumi məsələlər üzrə müavini Ziyad Cəlilovun imzasıyla 10-15 manata qeyd edilmişdi. Düşündüm ki, burada mexaniki səhv ola bilər,adı gedən müavinlə telefon əlaqəsi yaradaraq vəziyyəti bildirdim, cavab belə oldu ki, sənə aidiyyatı yoxdur işinlə məşqul ol. Bu hallar sahəyə daxil olan bütün növ mal-materiallarda (inventarlarda,dəftərxanaləvazimatlarında,müxtəlif diametrli borularda və.s) şişirdilmiş qiymətlərlə mütamadi olaraq davam edirdi.Nəzərə alsaq ku,bu bütün respublika üzrə eyni vəziyyətdə paylanır,onda burada nə qədər böyük məbləğlərin mənimsənilməsini təsəvvür etmək o qədərdə çətin görünmür.

“Bəzi məsələlər məni narahat etməyə başladı və mən işimin Bakıya dəyişdirilməsini xahis etdim. 2012-ci ildə məni “Azəriqaz” İB-nin Qazsazlama idarəsinə rəis müavini təyin etdilər. Fəaliyyətimi burada davam etməyə başladım. Qısa müddət ərzində məlum oldu ki, korrupsiyanin daha böyük miqyasi burada cərəyan edir – qaz sayğacları üzərindən. Baki şəhərinin rayon qaz istismar sahələrində qaz itkiləri 40-50, hətta 75 %-ə qədər yüksəlir. Məni Ziyad Cəlilov qəbuluna cağırdı və mənə bildirdi ki, bizi (yəni “Azəriqaz”ın dörd müavinini) üst qurum rəhbərlərindən biri dəvət etdi və qarşımızda məsələ qoydu ki, rayon qaz istismarı sahələrində qaz itkiləri elə həddə çatıb ki, bu, artıq dözülməzdir. Ən çox itkisi olan rayonlar (Binəqədi, Sabunçu, Suraxanı və Xəzər) dörd müavin arasında bölüşdürüldü, Xəzər rayonu mənim nəzarətimə verildi və tapşırıldı ki, bir il müddətinə itkilər normaya düşməlidir. Mənə bildirdi ki, sənin fəaliyyətin ürəkaçandı, gəl səni göndərim Xəzər rayonuna rəis vəzifəsinə, sən orada itkiləri 30 %-dan aşağı sala bilsən “Azəriqaz”a bərpa olunan bəsaitin 5 %-i civarinda sənə mükafat verəcəm (nəzərə alaq ki, həmin dövrdə Xəzər rayonu qış aylarında 50 milyon kub.m qaz qəbul edirdi və bunun 75 %-i itir, yəni oğurlanırdı). Mən imtina edərək əsaslandırdım ki, bu, çox çətin işdir, orada böyük obyektlər var ki, bu obyektlərin arxasında böyük güclər dayanir, o isə mənə bildirdi ki, müqəddəratım həll olur, başqa bu işi bacara bilən kadr tanımıram (hansı ki, Ziyad Cəlilovun kurasiyasında yüzlərlə işçilər var idi), amma sənin bacaracağina inanıram. Mən razılaşdım və Xəzər rayon QİS-ə təyin edildim. İşə başladiqdan 15 ay müddətinə hər ay itkilərin azalmasıyla itkiləri 26.6 %-ə endirdim (digər üç rayonda isə itkilər olduğu kimi qaldı və hətta artanları da oldu).

Xatırladıram ki, bu 15 ay müddətində yenə də daxil olan mal-materiallar ağlasığmaz şişirdilmiş qiymətlərlə mədaxil olunurdu. Məzuniyyət götürdüm, mənə bildirildi ki, 5 gün dincəl və yenidən işini davam et. 3 gündən sonra kadrlar şöbəsinin rəisi mənə zəng vuraraq “Azəriqaz”a dəvət etdi və bildirdi ki, səninlə Qaradağın rəisinin yerini dəyişirik. Belə də etdilər – 3 ay müddətinə Xəzər rayonunun qaz itkiləri 50 %-in üzərinə qalxdı və anladım ki, itkilərin düşməsi bəzi insanlara sərf etmirmiş.

Ziyad Cəlilov kimdir? 1967-ci il təvəlüddür, Şirvan şəhərinin Hacıqəhrəmanlı kəndində yasayıb.1993-cü illərdə ölkəmizdə Qarabağ uğrunda gedən qızğın müharibə zamanı ölkəni tərk edərək Rusiya Federasiyasına gedib və Rusiya bazarlarında alverlə məşqul olub. Uzun illər keçdikdən sonra əsaslı bir iş görə bilmədiyini görüb, yenidən ölkəmizə qayıdıb. Dövlət neft şirkətinin dərin özüllər zavodunda təchizat məsələləri üzrə işə düzəlib (həmin dövrdə bu adamın Bakı şəhərində, Əhmədlı qəsəbəsində köhnə tikili 9 mərtəbəli binada 2 otaq mənzili olub, avtomobili belə olmayıb). Qısa müddətdə “Azəriqaz” İB-nin baş direktor müavini təyin olunub (ömründə 20-25 nəfər kollektivi olan bir müəssəyə belə rəhbərlik etmədən). Hal-hazırda Dövlət Neft Şirkətinin Geologiya-Geofizika idarəsinin rəis müavin işləyir. Mal-mülkü 10 milyonlarla ölçülür – (“Cadilac-eskala” 150-200 min manat, oğlunun son model “Mercedes”i, Şabran rayonunda toyuqçuluq fabriki (bacanağı işlədir), Siyəzən tərəfdə restoran kompleksi, Bakıda saysız evlər, “İlqar MMC” tikinti şirkəti, Kiyevdə neft məhsullarının satışı ilə məşğul olan şirkəti və s.”
Geri qayıt