Azərbaycanda koronavirusun bitəcəyi TARİX AÇIQLANDI

Azərbaycanda koronavirusun bitəcəyi TARİX AÇIQLANDI Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar.

Bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alıb.

Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək.

Bu göstəriciyə görə, postsovet məkanında ən müsbət proqnoz Azərbaycan üçün verilib.

Araşdırmaçıların fikrincə, postsovet məkanında pandemiya ən gec Rusiyada sona çatacaq – 7 avqust. Məlumata görə, pandemiya Qazaxıstanda iyulun 28-də, Gürcüstanda iyulun 27-də, Belarusda iyulun 18-də, Moldovada iyulun 3-də, Ukraynada iyulun 2-də, Özbəkistanda isə iyunun 27-də başa çatacaq.

Bunda başqa, proqnozda həmçinin Azərbaycanın qonşu ölkələri olan Türkiyə və İranda yer alıb. Belə ki, Türkiyədə pandemiyanın sonunun iyulun 30-da gözlənilsə də, İran üçün bu tarix sentyabrın 28-nə təsadüf edəcək.

Koronavirusun ən çox yayıldığı ölkələr olan ABŞ-da sentyabrın 9-da, İspaniyada avqustun 2-də, İtaliyada 31-də pandemiyanın bitəcəyi gözlənilir.
Geri qayıt