Mübariz Mənsimovun səhhəti PİSLƏŞDİ

Mübariz Mənsimovun səhhəti PİSLƏŞDİ "15 Mart 2020-ci ildə əsilsiz iddialarla FETÖ/PDY silahlı terror qruplaşması ilə əlaqəli olmaqda ittiham edilən və 17 martda həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti kritik həddə pisləşib”.

Bunu “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva bildirib.

F.Quliyeva deyib ki, keçirdiyi əməliyyatdan qısa müddət sonra həbs edilən Mübariz Mənsimovun yarası iltihablayıb:

“Bədəni şişib, qaraciyərində problem yaranıb, eyni zamanda idrarından qan gəlməkdədir. Onun immuniteti kəskin zəifləyib.

Dünyada yaşanan koronavirus səbəbilə iltihablanmış yarası təhlükədədir”.

Şirkət təmsilçisinin sözlərinə görə, vəkillərinin rəsmi müraciətlərinə baxmayaraq, o, xəstəxanaya aparılmayıb:

“Öz-özünü idarə etmək iqtidarında olmayan Mübariz Mənsimovun Silivri Cəza Evində qalması həyatı təhlükəsini hər an daha da artırır”.
Geri qayıt