Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Geri qayıt