Azərbaycanlı ər-arvad koronavirusdan öldü

Azərbaycanlı ər-arvad koronavirusdan öldü Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib.

İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.
Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir.

Geri qayıt