Xüsusi rejimli karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq

Xüsusi rejimli karantin müddətində qeydiyyat sənədləri mülkiyyət sahiblərinin ünvanlarında təqdim olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi rejimli karantin dövründə vətəndaşlara mülkiyyətin dövlət qeydiyyatı ilə bağlı hazır sənədləri ünvanlarında təqdim olunacaq. Çatdırılma xidməti ödənişsizdir.
Bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.
Vətəndaşlar müvafiq rüsum və sənədlərin hazırlanması üçün xidmət haqqını Hökümət Ödəniş Portalı (https://gpp.az) və ya ödəmə terminalları vasitəsilə həyata keçirə bilərlər.
Geri qayıt