"Şa-İnşaatçı" MTK 310 ailəyə yardım payladı

"Şa-İnşaatçı" MTK 310 ailəyə yardım payladı
Tanınmış, nüfuzlu iş adamı Şamil Heydərovdan nümunəvi addım

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də ölkə rəhbərinin xüsusi qayğıya ehtiyyacı olan Qarabağ Əlilləri və Şəhid ailələri eləcədə yaşlı insanlarımızı qoruyaq çağırışına respublikamızın hər yerində olduğu kimi, Qaradağ rayonunda da birmənalı şəkildə əməl olunur. Ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın hər yerində olduğu kimi, Qaradağ rayonunda da bu qəbildən olan tənha yaşayan sakinlərə həmçinin Qarabağ Əlilləri və Şəhid ailələrinə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
"Şa-İnşaatçı" MTK–nın rəhbəri Heydərov Şamil Hilal oğlu başda olmaqla Heydərov Kamal Şamil oğlu 310 mənzildə yaşayan Qarabağ Əlilləri və Şəhid ailələri, tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ümumilikdə 310 ailəyə ərzaq məhsullarından ibarət yardım paylanılıb, onların problemləri dinlənilib.
Şirkətdən Xalqxeber.Az-a verilən məlumata görə, xeyriyyə aksiyası koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən həyata keçirilir.
"Şa-İnşaatçı" MTK tərəfindən sakinlərə ərzaq sovqatı paylanılarkən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, "Şa-İnşaatçı" Mənzil Tikinti Kooperativi, hündürmərtəbəli yaşayış binalarını Qaradağ rayonunun Lökbatan qəsəbəsində (Binə bazarı ilə üzbə-üz) Bakı-Cənub Qapısı Yaşayış Kompleksi adı ilə tikir. Bu kompleksə ümumilikdə 61 bloklu ev, 2 ədəd uşaq bağçası, 1 ədəd məktəb binası (idman zalı, futbol stadionuda olmaqla) daxildir.
16 blok yaşayış massivi tam şəkildə sakinlərə təhvil verilib. Tikilmiş 16 blokda 1218 ədəd yaşayış mənzilləri, 17000 m2-dən çox qeyri-yaşayış sahəsinin tikintisi başa çatdırılıb. 1218 ədəd mənzildən 867 ədəd mənzil satılıb, 351 ədəd mənzil isə satışdadır.
Yerdə qalan 45 blok, 3570 ədəd mənzil və 43000 m2 qeyri-yaşayış sahəsi tikiləcək. Ümumilikdə Kompleks 32 hektar ərazini əhatə edir. Kompleksdə 10 hektardan çox park olacaq. Hal-hazırda 4 hektar yaşıllıq parkı mövcuddur. 1218 mənzildən 310 mənzil Qarabağ Əlilləri və Şəhid ailələrinə verilib.
Xatırladaq ki, yaşayış mənzillərin Qarabağ Əlillərinə və Şəhid ailələrinə verilməsində ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edib.

"Şa-İnşaatçı" MTK 310 ailəyə yardım payladı


















Geri qayıt