"Şirkət sahibləri fonda köçürdükləri pulu işçilərin maaşından tuturlar“ - Aslan İsmayılov

"Şirkət sahibləri fonda köçürdükləri pulu işçilərin maaşından tuturlar“ - Aslan İsmayılov "İrəli düşmək istəyirsinizsə əlinizi öz cibinizə salın, işçilərin ciblərinə yox"...

Aslan İsmayılov: “Böyük şirkət sahibləri özlərini “bomba oğlan” kimi göstərmək üçün pul köçürürlər”

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmələri ilə bağlı çox yanlış addımlar atılır. Bir çox böyük şirkət sahibləri özlərini hakimiyyətə və cəmiyyətə xoşniyyətli (üzr istəyirəm ifadəyə görə “bomba oğlan”) göstərmək üçün Fonda külli miqdarda pul köçürürlər. Sonra isə həmin pulları qəpiyinə kimi işçilərinin əmək haqlarından tuturlar. Bunların çoxları haqqında məlumat var. Ən dəhşətlisi də odur ki, həmin şirkət başçıları yüz milyonlar sahibləridirlər, yaxud milyonları olanların bizneslərini idarə edən qohum-əqrəbalardır”.

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Buradan üzümü onlara tutub deyirəm ki, ayıbdır, heç olmasa indiki zamanda o murdar əməllərinizdən əl çəkin, sizin işçilərin həmin əmək haqlarına ehtiyacları olduğunu bilin və biabır olmaq istəmirsinizsə hərəkətinizə son qoyun. Hamam suyundan özünüzə dost tutmağa çalışmayın, fərqlənmək, irəli düşmək istəyirsinizsə əlinizi öz cibinizə salın, işçilərin ciblərinə girib soyğunçuluq etməyin. Bəli, gizli ediləndə oğurluq olur, açıq aşkar oğurluğun adı isə soyğunçuluqdur. Bu cür hallarla üzləşənlərdən xahiş edirəm, konkret iş yerləriniz və oranı idarə edənlər və "krışa"ları haqqında məlumatları mənə göndərin. Anonimliyin qorunacağına əmin olun. Əgər vicdanları oyanmasa oyanmağa biz kömək edərik”. (pravda.az)
Geri qayıt