Karantin qaydalarını pozanların sayı azalıb - DYP - FOTO

Karantin qaydalarını pozanların sayı azalıb - DYP - FOTO Vaqif Əsədov: "Ötən günlərə nisbətən yollarda nəqliyyat vasitələrinin sayı azalıb"

"Son günlərdə paytaxt yollarında nəqliyyat vasitələrinin sayı azalıb və sürücü-polis münasibətlərində həmrəylik yaranıb. Yol Polisi ölkədə karantin rejimi elan edilən gündən gücləndirilmiş iş rejimində çalışır. Yol Polisi tərəfindən şəhərin müxtəlif küçə və prospektlərində ciddi yoxlamalar davam etdirilir. Burada əsas məqsəd lüzümsuz, zərurət olmayan təqdirdə yola çıxan sürücüləri aşkarlamaq, həmçinin virusun geniş şəkildə yayılmasının qarşısını almaqdır."

Bu sözləri Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Polis polkovniki bildirib ki, artıq vətəndaş polis həmrəyliyi yaranıb. "Evdə qal" kampaniyasına qoşulanların sayı nəzərə çarpacaq dərəcədə artıb. Ötən günlərlə nisbətdə yollarda nəqliyyat vasitələrinin sayı azalıb. Əlbəttə ki, bütün bunların hamısı yaxşı göstəricidir.
"Ancaq təəssüflər olsun ki, bilmədim, tələsirəm, işim var, xəstəm var və digər bəhanələr irəli sürməklə lüzumsuz hərəkət edənlərə də rast gəlinib. Bu sürücülərin hesabına bəzi yoxlama-buraxılma məntəqələrində nisbətən ləngimələr yaranır. Əgər hər bir sürücü bu tələbləri düzgün yerinə yetirsə hazırkı vəziyyətdə paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə qurulmuş stasionar postlarda, yəni yoxlama-buraxılma məntəqələrində lüzumsuz ləngimələr baş verməz".

Vaqif Əsədov həmçinin qeyd edib ki, aparılan yoxlamaların, yollarda qurulan postların əsas məqsədi virusun qarşısını maksimum şəkildə almaqdır. Əgər biz hamılıqla karantin qaydalarına bu cür riayət olunmağa davam edilsə virusun qarşısını tezliklə almış olarıq. Buradan hər kəsə bir daha müraciət edərək bildiririk ki, zərurət olmadığı təqdirdə evdən çıxmasınlar. Karantin qaydalarına əməl etsinlər. Bir sözlə özünü təcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.
Məlumat üçün bildirək ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprel ayının 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Karantin qaydalarını pozanların sayı azalıb - DYP - FOTO




Geri qayıt