Xətai rayon İcra Hakimiyyəti məhkəməyə verildi - Səbəb

Xətai rayon İcra Hakimiyyəti məhkəməyə verildi - Səbəb Xətai Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışan şəxs işlədiyi qurumu məhkəməyə verib.

“Yeni Sabah”ın məlumatına görə, 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə məsləhətçi vəzifəsində çalışan Nəbiyev Sahib Vahid oğlu əmək haqqının düzgün hesablanmadığına görə işlədiyi qurumdan Bakı İnzibati Məhkəməsinə şikayət edib.

Qeyd edək ki, hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən məhkəmə prosesi ötən ilin noyabr ayında başlasa da, Xətai Rayon İcra Hakimiyyətənin nümayəndəsi məhkəməyə gəlmədiyindən məhkəmə prosesi hər dəfə təxirə salınır.

Xatırladaq ki, Nəbiyev Sahib Vahid oğlu 3-cü dərəcə dövlət qulluqçusudur.
Geri qayıt