BNA milləti küçələrdə qoydu: Kərimli yalanı – Foto

BNA milləti küçələrdə qoydu: Kərimli yalanı – Foto Azərbaycanda metronun bağlanması və xüsusi karantin rejimi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətləri təşkil edildiyi açıqlanmışdı. Amma bu gün səhər saatlarında yayılan kadrlar göstərdi ki, BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli ictimaiyyətə və prezidentə yalan danışıb.

Reportyor.info-nun xəbərinə görə, Bakıda səhər saatlarında dayanacaqlarda basabas, sıxlıq yaşanıb. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobusların xidmət göstərdiyi elan edilib. Lakin insanlar dayanacaqlarda, yollarda qalıblar, işə getmək üçün zülm çəkiblər.

Görəsən, V.Kərimli karantin rejimində nəqliyyatın təşkili ilə bağlı bu vədləri vermişdi? – Basabas, sıxlıq, insanların əsəblərini tarıma çəkmək…

Onsuz da bu qurum əvvəl gündən səriştəsiz, yarıtmaz, “kol dibində gizlənən” müfəttişlərinin dayanma-durma cəriməsi yazma fəaliyyəti ilə çoxdan hamını bezdirmişdi. İndi də ölkənin çətin günlərində bərbad işini ortaya qoyub.
BNA milləti küçələrdə qoydu: Kərimli yalanı – Foto
Geri qayıt