Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər bu gün də həyata keçirilib. Yaradılan mobil qruplar Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində sakinlərlə söhbətlər aparıb, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndiriblər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.
Xırdalan şəhərinin küçələrində, inzibati idarələrdə, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun qəsəbə və kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilib.