Yeni spiker Oqtay Əsədovun təyin etdiyi köməkçini vəzifədən çıxardı

Yeni spiker Oqtay Əsədovun təyin etdiyi köməkçini vəzifədən çıxardı Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.

Milli Məclis sədrinin köməkçisi Füzuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi/APA.

Xatırladaq ki, F.Abbasov Oqtay Əsədov spiker təyin olunandan sonra onun köməkçisi təyin olunmuşdu.

Məlumata görə, yeni spiker Sahibə Qafarova onun yerinə təyinata da imza atıb.

Hələlik bu informasiyanı dəqiqləşdirə bilmədiyimiz üçün detallara varmadıq. //Mia.az//
Geri qayıt