Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO

Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO "Qaçqınkom” sədri R.Rzayevin fəaliyyətinin yaxınlarda 2 ili tamamlanacaq.

Bu iki il ərzində “Qaçqınkom” şefi iki əməli ilə yadda qalıb: Ə.Həsənovdan qalan problemləri həll etməməsi və özünə 180 minlik “BMV” alıb sürməsi…

Prezident R.Rzayevi bu vəzifəyə təyin etməmişdi ki, özünə “BMV” alsın, təyin eləmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın.

Bir müddət əvvəl mətbuatda Qubadlıdan olan məcburi köçkün Canəli Salmanovun müraciəti dərc olunmuşdi.

Xırdalandakı 26-cı məhəllədəki yarımçıq , qəzalı binaya bitişik zirzəmi tipli otaqda qalan Salmanov deyirdi ki, dəfələrlə Məcburi Kömkünlərin İşi Üzrə Dövlət Komitəsinə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bldirdi ki, təcili evimi versinlər.Amma, nə fayda artıq komitənin yollarında ağac olmuşam.Bezib usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…

Elə söz verirlər, yeni tikilmiş qəsəbələrə kimlərsə köçürülür,mən qalıram kənarda.”

Məcburi köçkün deyir ki, qrunt və kanalizasiya suları zirzəmiyə, ordan isə onun otağına dolur.

Vəziyyətlə “Qaçqınkom” un Xırdalan şöbəsindən olan işçilər də şahidlik edib. Ancaq deyiblər ki, onun ailəsini yerləşdirməyə yer yoxdu. Gözləsin . Və ən əsası heç kimə şikayət etməsin. Mətbuata çıxmasın.

Sabahnews.az-a danışan Canəli Salmanov bildirir ki, indi də karonovirusa görə komitə bağlanıb. Demək onun probleminin həlli hələ naməlum vaxta kimi uzanacaq.
Geri qayıt