746 nəfər inzibati məsuliyyətə cəlb olunub - Vilayət Eyvazov

Bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.
O deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxış bağlansa da, bəzi vətəndaşlar postlara qədər maşınla, ondan sonra isə piyada keçərək Bakıya gəlməyə çalışırlar:
“Belə şəxslərdən 99 nəfər barəsində konkret tədbir görülüb”.