Abşeronda “Böyüklərimizi qoruyaq!” adlı aksiyası ilə ahıllara sosial xidmət göstərilib

Abşeronda “Böyüklərimizi qoruyaq!” adlı aksiyası ilə ahıllara sosial xidmət göstərilib Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayononunda “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanılıb. Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb.

Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və “Azərmaş” ASC-nin yaxından dəstəyi ilə həyata keçirilən aksiya zamanı vətəndaşlara öz evlərində ödənişsiz sosial xidmətlər göstərilib.

Belə ki, bu gün qərargaha 3 çağırış edilib. Onlardan Quliyeva Firəngiz Gülmürzə qızına (74 yaşı) ərzaq məhsulları alınıb verilib və qaz sayğacının balansı artırılıb, Abbasquliyeva Emilya Salman qızına (69 yaş) dərman vasitələri alınaraq təqdim edilib. Digər üçüncü ahıl isə sonradan hər hansı bir xidmətin göstərilməsindən imtina edib.

Məlumat üçün bildirək ki, “Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha Sosial xidmətçi və Təhsil Nazirliyinin Bir Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00
Geri qayıt