Oqtay Şirəliyev danışdı: “Sərt tədbirlər görülməzsə, vəziyyət dəyişə, xəstələrin sayı arta bilər”

Oqtay Şirəliyev danışdı: “Sərt tədbirlər görülməzsə, vəziyyət dəyişə, xəstələrin sayı arta bilər” “Karantində olanların müayinəsi aparılıb, ümidliyik ki, onlar da sağalacaqlar”.
Bunu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-yə müsahibəsində deyib.

“Açıq demək lazımdır, təcrübə göstərir ki, sərt tədbirlər görülməzsə, vəziyyət dəyişə, xəstələrin sayı 10 minlərə, 100 minlərə çata bilər. Qeyd etmək lazımdır ki, belə olan halda, inkişaf etmiş ölkələrin də səhiyyəsi bununla bacara bilməz” – O.Şirəliyev qeyd edib.
Geri qayıt