RAMİN ƏHMƏDOV KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA 20 MİN MANAT KÖÇÜRDÜ - AÇIQLAMA

RAMİN ƏHMƏDOV KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA 20 MİN MANAT KÖÇÜRDÜ - AÇIQLAMA Dövlətlər dünyanı cənginə alan yeni növ koronavirusla (COVİD-19) mübarizə məqsədilə mühüm qərarlar qəbul edir. Azərbaycanda da virusun yayılmasının qarşısını almaq ölkə rəhbərliyinin əsas hədəflərindən birinə çevrilib. Prezident İlham Əliyev koronavirusla mübarizə məqsədilə mühüm qərarlar qəbul edib. Bu xüsusda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması dövlətimizin atdığı ən mühüm addımlardan biridir.

Prezident tərəfindən yaradılan Dəstək Fonduna artıq müxtəlif təşkilatlar, şirkətlər və şəxslər tərəfindən böyük dəstək göstərilir. Prezident İlham Əliyev tərəfindən Fonda ilkin olaraq 20 milyon manat ayrılıb. Yeni Azərbaycan Partiyası isə Fonda, 200 min manat köçürüb. Bu təşəbbüsə özəl şirkətlərdən və sahibkarlardan da dəstək verilir.

Əvvəlcədən elan etdiyi kimi, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov da Fonda dəstək göstərib. R. Əhmədov Fondun hesabına bu gün 20 min manat köçürüb.

Bu barədə Missiya.Az-a danışan YAP yetkilisi Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının zəruri addım olduğunu deyib. R.Əhmədov hər kəsi Fonda dəstək olmağa çağırıb: "Bu bir həmrəylik nümunəsidir. İmkanı olan hər bir azərbaycanlı prezidentin bu çağırışına səs verməlidir. Məqsəd birgə mübarizəni təşkil etməkdir. Əminəm ki, xalqımız bu prosesdə də həmyərlik nümayiş etdirəcək və koronavirus bəlasına birlikdə qalib gələ biləcəyik”.
Geri qayıt