Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib...
Bu barədə videogörüntü oxu.az-ın redaksiyasına daxil olub.

Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılır:

“Mərkəzin direktoru Rauf Ağayevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.
Geri qayıt