Məktəblərin bağlanma müddəti yenidən uzadıla bilər - QƏRARGAH

Məktəblərin bağlanma müddəti yenidən uzadıla bilər - QƏRARGAH Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıla bilər.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, vəziyyət yenidən qiymətləndirilə bilər: "Ola bilər ki, təhsil müəssisələri ilə bağlı qərar olsun. Hələ iki həftə vaxt var. Ehtiyac olarsa, bu məsələ müzakirə oluna bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Geri qayıt