Kafedranın adı gülüş hədəfinə çevrildi – Foto

Axar.az xəbər verir ki, sözügedən faktı Azərbaycan dilinin qaydalarına riayət olunması ilə diqqət çəkən “Grammar Azi” səhifəsi üzə çıxarıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən universitetin mətbuat katibi Elnarə Məmmədova bildirib ki, sözügedən kafedranın adının yazılışında texniki səhvə yol verilib:
“İqtisadiyyat və Biznesin İdarə edilməsi kafedrası UNEC Biznes Məktəbinin (MBA) nəzdində fəaliyyət göstərən kafedranın adıdır və onun yazılışında texniki səhvə yol verilib. Problem aradan qaldırılacaq”.
