Əhmədli sakinləri təhlükə ilə üz-üzə: - “Uşaqlar hər an quyuya düşə bilər”

Əhmədli sakinləri təhlükə ilə üz-üzə: - “Uşaqlar hər an quyuya düşə bilər” Bakının Xətai rayonunda yerləşən Nəsrəddin Tusi küçəsinin sakinləri təhlükə ilə üz-üzə qalıb.

N.Tusi 21-in sakinləri Cebhe.info-ya bildirib ki, 2 aydan çoxdur ki, su xəttlərinin təmiri ilə əlaqədar həyətdə böyük quyu qazılıb. Borular təmir olunsa da, quyu doldurulmayıb. “Yaşlılar, uşaqlar həyətə düşür, istirahət edir, oynayırlar.

İnsanların hər an bu quyuya düşmək təhlükəsi var. Quyunu Su-Kanal İdarəsi qazıb. Ancaq su borularını təmir edib gediblər, quyu isə ağzı açıq qalıb.

Dəfələrlə 87 saylı Mənzil İstismar Sahəsinə (MİS), İcra hakimiyyətinə müraciət etsək də tədbir görən yoxdur”, - deyə sakinlər bildirib.
Əhmədli sakinləri təhlükə ilə üz-üzə: - “Uşaqlar hər an quyuya düşə bilər”
Geri qayıt