Bərəkət dönər evində biyabırçılıq - Vətəndaşlara yararsız ətlər yedizdirilir

Bərəkət dönər evində biyabırçılıq - Vətəndaşlara yararsız ətlər yedizdirilir Bu gün demək olar ki, vətəndaşlar ölkəmizdə fəaliyyət göstərən dönər satışı ilə məşğul olan dönərxanalardan istifadə edir.

Mətbuata nəzər etdiyimiz zaman çox vaxt sakinlərə halal adı ilə, donuz,at, eşşək əti ilə hazırlanmış dönərlərin nəticəsində sakinlərin zəhərlənməsi ilə bağlı xəbərlər yer almaqdadır.

Mətbuatda bu kimi xəbərlər ictimailləşdirilsə də, sakinlərimizi zəhərləmək və yaxud da, sağlamlığına zərər vurmağı qarşısına hədəf seçmis sahibkarlar bu kirli oyunlarına davam etməklə məşğullar.

Ölkə başçısı İlham Əliyev hər zaman keçirdiyi iclaslarda, dövlət əhəmiyyətli tədbirlərdə vətəndaşa sözün əsl mənasında xidmət edilməsinin, vətəndaşın sağlamlığının vacib məsələ olduğunu məmurlara və özəl biznes fəaliyyəti ilə məşğul olan iş adamlarına bildirir.

Əfsuslar olsun ki, Cənab Prezident İlham Əliyevin bu sözlərinə əməl etməyənlər var. Daha doğrusu əməl etməməyi özlərinə amal seçənlər var.

Bunun nəticəsində Prezident ilə xalqı qarşı-qarşıya qoyurlar.

Bunun nəticəsidir ki,ölkəmizdə xoşagəlməz hallar və yaxud da hadisələr yaşanır.

Redaksiyamıza paytaxtda fəaliyyət göstərən dönərxanaların biri ilə bağlı şikayət daxil olub.

Tanınmış jurnalist Xəbərnur.İnfo xəbər portalının baş redaktoru Nuranə Abdullayeva Binəqədi rayonu ərazisində,Azadlıq metrosundan üzü Kəmalə-Nərmin restoranı istiqamətinə gedən yolda fəaliyyət göstərən Bərəkət Dönər evi ilə bağlı şikayət ünvanlayıb.

Jurnalist şikayətində dönərxanada ucuz qiymətə satılan dönər üçün istifadə olunmuş ətləri gördüyü zaman dəhşətə gəldiyini bildirib.

Jurnalist Nuranə Abdullayeva bildirib ki, Bərəkət Dönər evi bağlı vətəndaş şikayətləri əsasında baxış keçirib.

Jurnalist çəkiliş etdiyi zaman Bərəkət Dönər evinin sahibi jurnalistin çəkilişinə qəzəblənərək çəkilişə icazə verməmiş, bu hələ azmış kimi niyə çörəyimə mane olursan söyləmişdir.

Jurnalist bu irad qarşısında nəyə görə bu iyrənc dönər və peraşkiləri satırsınız sualını ünvanlanmış lakin, sual qarşısında sahibkarın cavabı yalnız susmaq oldu.

Son söz olaraq qeyd edim ki, sakinlərimizə yararsız ətləri yedizdirənlər birbaşa genofondumuzu məhv edirlər.

Bu cür sahibkarlar hüquq müstəvisində öz layiqli cəzalarını almalı, genofondumuzu məhv edən sahibkarlara hüquqi müstəvidə layiqli cavabları verilməlidir.

Vüsal Lətifoğlu
Analoq.az
Geri qayıt