AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edildi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyinat olub.

Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib.

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə Mərkəzi Elmi Kitabxanada çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri idi.

Xatrıladaq ki, martın 4-də tibb üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.
Geri qayıt