BNA-nın gizli maxinasiyası - NARAZILIQ

BNA-nın gizli maxinasiyası - NARAZILIQ Bakı Nəqliyyat Agentliyi süni narazılıqlar yaratmaqla məşğuldur.

Bu barədə "Leqal.info"ya narazı vətəndaşlardan məlumat daxil olub.

Şəhər nəqliyyatında olan xaosu aradan qaldıra bilməyən BNA ancaq pul toplamaqla məşğuldur. Paytaxt küçələrinə öz adamlarını yerləşdirərək parkinqlərdən gəlir əldə etmələri bir yana, hətta sürücüləri qanunsuz olaraq cərimələyirlər də. Amma çox hallarda cərimələnmə əsassız olaraq həyata keçirilir. Bu barədə az sonra bəhs edəcəyik. Amma indi bildirmək istəyirik ki, bu qurum yarananda ona ümidlər böyük idi. Paytaxtda nəqliyyatla bağlı ciddi narazılıqların aradan qalxacağı gözlənilirdi. Amma yarandığı gündən elə də ciddi islahatlar həyata keçirməyən BNA ona olan ümidləri puç etdi desək, yanılmarıq. Çünki çoxsaylı sürücülər bu qurumun fəaliyyətindən olduqca narazıdırlar. Onlar hesab edir ki, əllərini planşet alıb paytaxt küçələrində sözün əsl mənasında sürücü ovlamaqla nəyəsə nail olmaq mümkün olacq. əslində isə şəhər nəqliyyatındakı problemləri köklü həll etmək gərəkdir. Lakin BNA bunun fərqində deyil...
Elə narazı olan şəxslərdən biri də bizə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının etdiklərindən şikayətçi olduğunu bildirdi. Belə ki, 99UL 230 dövlət nömrə nişanlı avtomobili idarə edən Elvin Mahmudov bildirir ki, ona BNA tərəfindən əsassız olaraq protokollar tərtib edilib. Qeyd edir ki, 05.01. 2020-cu il və 07.01.2020-ci il tarixlərində başqa-başqa ünvanlarda onu cərimə ediblər. Hətta vətəndaş bildirir ki, edilən cərimələr əsassızdır və cərimənin biri nəqliyyat vasitəsi hərəkətdə olduğu vaxt yazılıb.
Bildirək ki BNA-nın fəaliyyətindən narazı olan sürücülərin sayı yüzlərlədir. Onlar bir çox hallarda BNA tərəfindən əsassız yazılan cərimələrdən şikayət edərək haqlarını tələb edirlər və nəticədə cərimələri silinir. Amma nəzərə alınmalıdır ki hər bir sürücünün vaxtı yoxdur ki, şikayət etsin və əsassız cərimənin yazıldığının arxasınca düşsün. Elə buna görə də BNA rəhbərliyi fürsəti əldən verməyərək kütləvi cərimələmə işini davam etdirir.

11.11.2019-cu il tarixində Heydər Əliyev prospektində Dayanma qaydasını pozması ilə bağlı ona protokol göndərilib və 20 manat məbləğində cərimələnib. Amma vətəndaş iddia edir ki, heç bir qayda pozuntusuna yol verməyib və onun barəsində tərtib edilmiş protokol əsassızdır. Çünki bildirir k,i heç bir taksi fəaliyyəti ilə məşğul olmur. Həmin tarixdə isə avtomobilindən qohumunu düşürürmüş. Bu zaman isə kimlərsə tərəfindən onun avtomobilinin şəkili çəkilib və barəsində protokol tərtib edilib. Vətəndaş onu da bildiri ki, metronun Koroğlu stansiyasının ətrafı hər zaman taksi sürücüləri ilə dolu olduğu halda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ancaq seyrçi mövqe sərgiləyirlər. Taksi sürücüləri ilə hansısa formada əməkdaşlıq edən BNA-nın işçiləri ancaq qohum-əqrabasını metroya düşürən sürücüləri hədəf seçirlər. Vətəndaş Vüqar Qasımov iddia edir ki, BNA yalnız görüntü yaratmaqla məşğuldur. Əks halda tıxac problemi parking problemi kimi ciddi müşküllər ortada olmazdı.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BNA-nın gizli maxinasiyası - NARAZILIQ
Geri qayıt