İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında

İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt