Badu-Kubə MTK-nın rəhbəri Ədalət Qənbərov vətəndaşı ölüm həddinə çatdırıb

Badu-Kubə MTK-nın rəhbəri Ədalət Qənbərov vətəndaşı ölüm həddinə çatdırıb Hörmətli redaksiya! Aşağıda göstərdiyim kimi mənim şikayət məktublarım ölkəmizin Prezidentinə yəqin ki, çatmır. Əgər şikayət barədə ona məlumat verilsəydi yəqin ki, AR-nın Konstitusiyasının 31-ci maddəsi belə kobud surətə pozulmazdı. Sizdən artıq dərəcədə xahiş edirəm mənim şikayətimi çap etməklə ərizəm cənab Prezidentə çatar və bununla da siz bizim ailəmizin həyatını təhlükədən qoruyarsanız.
AR-nın Prezidenti İ.H.Əliyev cənablarına

FHN K.Heydərov cənablarına

Ədliyyə Naziri F.Məmmədov cənablarına

Arxitektura və Şəhərsalma Komitəsinin sədri​ ​ ​ A.Quliyev cənablarına

Salam çox hörmətli cənab Prezident !

Mən, Əkbərov T.X. qızım Əkbərova Kəmalə Tofiq qızının rəsmi nümayəndəsiyəm və ​ uzun müddətdir ki, Sizə və yuxarıda göstərdiyim qururumlara davamlı olaraq Badu-Kubə MTK-dən şikyatət ərizələri yazaraq göstərmişik ki, MTK-ya bina tikmək üçün qeyri qanuni torpaq ayrılması zamanı BŞİHB-nın sərəncamı əavə ounur) AR Dövlət Tikinti və Arxitektura Komitəsi Kollegiyasının 5 saylı 25.10.2001-ci il tarixli qərarı ilə “Dövlər şəhərsalma və norma və qaydalarının” 4.13-cü bəndi pozulub. Bu bənddə göstərilir ki,​ mərtəbəliyi 5 və daha çox olan və qarşıqarşıya duran binaların, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan az olmamalıdır. Bundan başqa 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin​ 69.5.1. bəndinə görə isə ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdı.
Yuxarıdakı qaydalara riayət edilsəydi bizim fərdi yaşayış evimiz ilə bina arasındakı məsafə minimum 30 m olmalı idi. Ayrılan torpağın eninin cəmi 32 m olmasını nəzərə alsaq onda həmin sahədə ümumiyyətlə bina tikilməsinə icazə verilməməli idi. Lakin bu qanun pozuntusuna hamı göz yumub.

Bu binanı tikməklə mənə külli miqdarda ziyan dəyib və bizim ailənin təhlükəsiz yaşamaq hüququmuz pozulub(AR-nın Konstitusiyasının 31-ci maddəsi). Bina tikilən zaman və əhali məskunlaşdıqdan sonra binadan MTK-nın təqsiri üzündən tikinti materialları, dəmir parçaları, dam örtüyü, şüşə butılka, pəncərə bloku, yanmış elektrik lampaları,​ məişət tullantıları və s., təmir işləri zamanı beton, şpaklevka, çınqıl, kərpic, məişət tullantıları və s. yəni kimə nə lazım deyilsə binadan külək vasitəsi ilə, təmir ustaları və sakinlər tərəfindən evimizin damına və həyətimizə tökülüb və indi​ də tökülür.Şikayətlərə isə heç kim baxmayıb və baxılması və tədbir görmək üçün ya birbaşa, ya da BŞİH və​ SRİH vasitəsi ilə Badu-Kubə MTK-nın rəhbəri Ədalət Qənbərova yönəldilib, Yəni dediyim odur ki, kimdən şikayət edirksə fərqi yoxdur şikayət tədbir görülmək üçün yenidən cavabdehin üzərinə göndərili, MTK isə təhlükəsizliyimiz üçün heç nə etmir və beləliklə icra​ qurumlarından heç bir kömək göstərilmir. 2019cu ildən isə yaşayış olan binada daha 3 mərtəbə tikilir və bundan hamının xəbəri var, lakin hamı tikinti və şəhərsalma haqqında olan qanunun pozulmasına göz yumur. ​

2017-ci ildə dəymiş ziyanın ödənilməsi və təhlükəsiz yaşamaq hüququmuzun bərpası üçün Suraxanı RM-nə iddia ərizəsi ilə müraciət etdik. Hakim R.Həsənov 9​ ay​ süründürməçilikdən sanra 30 iyul 2018-ci ildə 2(010) -816/2018 qətnamə qəbul etdi.

Baxmayaraq ki, qətnamə qanuni qüvvəyə minib, üstündən 19 ay keib,​ ​ dəfələrlə Ədliyyə Nazirliyinə​ və İcra Baş idarəsinin qaynar xəttinə müraciət edəndən sonra ​ ​ icra məmuru Rəşad Dövlətov Qətnamənin yerinə yetirilməsi əvəzində süründürməçiliyə yol verdi və Qətnamənin qüvvəyə mindiyi gündən 18 ay keçəndən sonra ​ 19.02.2020-ci ildə Suraxanı RM-nə qətnamənin izahı barədə müraciət etdi. İcra məmurunun hərəkətsizliyi bizim həyatımız üçün binanın yaratdığı təhlükədən xilas olmağa imkan vermir və bununla da AR-nın Konstitusiyasının 31-ci maddəsi ilə “Hər kəsin təhlükəsiz yaşamaq hüququ var” və bu maddə bizə də aid olunmalıdır, lakin bizim ailə bəzi dövlət qurumlarının qeyri qanuni hərəkətləri və hərəkətsizlikləri nəticəsində bina bizim təhlükəsiz yaşamağımıza imkan vermir.

Möhtərəm Prezident! Bizim ümid yerimiz Sizsiniz və ona görə də yuxarıda yazılanları nəzərə alaraq Sizdən artıq xahiş edirəm ki, ilk növbədə bizim təhlükəsiz yaşamaq hüququmuz ​ bərpa oıuması üçün icra məmuru Rəşad Dövlətovun başqa icra məmuru ilə əvəz edilərək ​ Suraxanı RM-nin 30 iyul 2018-ci ildə 2(010) - 816/2018 qətnaməsinin tam yerinə yetirilməsində, AR-nın Konstitusiyasının 31-ci maddəsinə uyğun olaraq öz evimizdə və həyətimizdə “Təhlükəsiz yaşamaq hüququmuzun”bərpasında ​ bizə kömək edəsiniz və ​ xahiş edirəm ki, bina qeyri qanuni inşa olunduğu üçün inşa üçün verilmiş sənədləri​ ləğv edərək binanın sökülməsində bizə kömək edəsiniz.

Qoşma: 1. 30 iyul 2018-ci ildə 2(010) -816/2018 qətnamə​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​7 səh

2. BŞİHB-nın 20.05.2005-ci il tarixli 126 saylı Sərəncamı​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 1 səh

4.Müxtəlif şəkillər

Allah Sizi qorusun!

Dərin hörmətlə,

Əkbərov Tofiq Xəlil oğlu. Əkbərova Kəmalə Tofiq qızının nümayəndəsi

Yeni Günəşli V yaşayış sahəsi bina 13, mənzil 30

Telefon: 050​ 223 67 60
Badu-Kubə MTK-nın rəhbəri Ədalət Qənbərov vətəndaşı ölüm həddinə çatdırıb






Geri qayıt