“Təbriz Center” tikinti şirkəti 50 000 manat cərimələndi

“Təbriz Center” tikinti şirkəti 50 000 manat cərimələndi Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin məlumat verib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.
Geri qayıt