Bölgələrdə ətin qiyməti qalxıb

Bölgələrdə ətin qiyməti qalxıb Mingəçevir və Goranboyda mal ətinin qiyməti qalxıb.
Yeniavaz.com xəbər verir ki, ət 1 həftə öncə 10 manata satılırdısa hazırda 1 kiloqramı 11 manata satılır. Qəssablar bildirirlər ki, hazırda mal ətini 11 manata, quzu ətini isə 13 manata təklif edirlər. Alıcılar da şəhərdə mal ətinin qiymətində 50 qəpik - 1 manat bahalaşma olduğunu təsdiq edirlər. Ət satışı ilə məşğul olan qəssab Faiq Əsgərov, bahalaşmanı mal-qaranın, ən əsasda otun bahalaşması ilə əlaqələndirir: “Bahlaşama alıcı qüvvəsinə də təsir edib. Hazırda şəhərdə alıcıların çoxluğu gözə dəymir. Alanların çoxu da 1 kiloqram ətlə kifayətlənir”.
Qeyd edək ki, şəhər sakinləri qiymətin qalxmasından narazıdırlar.
Geri qayıt