Bakıda işıqlar söndü - İnsanlar qatarda qaldı

Bakıda işıqlar söndü - İnsanlar qatarda qaldı Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədl bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

"Bu gün saat 15:48-də metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısa müddətli fasilə yaranıb. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub, yalnız "Xalqlar dostluğu" və "Həzi Aslanov" sahəsində gələn elektrik enerjisinin dayanıqlığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub. Hazırda tunellərdə qalan qatar yoxdur, bütün qatarlar stansiyalara çıxarılıb. Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Geri qayıt