Azərbaycanda bəzi tələbələrə QADAĞA - Kooperasiya Universitetindən XƏBƏR VAR

KONKRET.az xəbər verir ki, buna səbəb həmin tələbələrin saqqallı olması ilə əlaqələndirilib. Redaksiyamıza adının çəkilməsini istəməyən tələbənin verdiyi məlumata görə, rektor saqqallı tələbələrə qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib.
Qeyd edək ki, son zamanlar bir sıra ali təhsil ocaqları daxili qaydalarına istinad edərək tələbələr üçün bu cür məhdudiyyətlər tətbiq edir.
Təhsil eksperti Etibar Əliyev bildirib ki, ali təhsil ocaqları bununla təhsil haqqında qanunu kobud şəkildə pozur.
Onun sözlərinə görə, “hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir”.