Sən demə, Gürcüstanda da koronavirus var imiş... - Gömrükdən ŞİKAYƏT

Sən demə, Gürcüstanda da koronavirus var imiş... - Gömrükdən ŞİKAYƏT Çindən dünyaya yayılan koronavirus epidemiyası Azərbaycanda bəzi dövlət qurumlarında qərar tutmuş işbaz məmurlarımız üçün əlavə fürsət yaradıb, desək, yanılmarıq. Hər halda görünəni budur.

Belə ki, DİA.AZ-a şikayət edən sahibkarlar “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi qanunlara məhəl qoymadığını bildirirlər.

Onlar dia.az-a yazır: "Bu koronavirus təhlükəsi çıxandan bəri günümüz qara olub. Sərhədmilər bir kənarda qalıb, gömrük işçiləri koronavirusu bəhanə edərək Gürcüstan ərazisi ilə gətirdiyimiz malları didik-didik edirlər. Hətta bu səbəbdən nə qədər ərzaq mallarımız zay edilib. Şikayət edəndə isə bizə "sizi xəstəlikdən qoruyuruq" deyə bəhanə edirlər. Gürcüstanda məgər koronavirus var ki, bizim gömrükçülər də bizi qorumalı olublar?
Amma pulunu verəndə nə xəstəlik yada düşür, nə də bizim qornmağımız. Dəfələrlə gömrüyün rəisinə də şikayət etmişik, amma xeyri yoxdur".

İddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini öyrənmək istəsək də, alınmadı. Amma yenə də istənilən bir maraqlı tərəfi dinləməyə hazırıq...
Geri qayıt