Vəfat etmiş polisin həyat yoldaşı Vilayət Eyvazovdan kömək istədi - Müraciət

Vəfat etmiş polisin həyat yoldaşı Vilayət Eyvazovdan kömək istədi - Müraciət 2019-cu ilin sentyabr ayının 2-də beyin damarlarının zədələnməsi səbəbindən qəfildən vəfat edən Çevik Polis Alayının kiçik çavuşu Mehdiyev Cavid Şükür oğlunun həyat yoldaşı, məcburi köçkün, Xocavənd rayon Tuğ kənd sakini Mehdiyeva Mahizar Vidadi qızı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

AzFakt.com xəbər verir ki, Mahizar Mehdiyeva nazirdən mənzil problemlərinin həll olunmasına kömək etməyi xahiş edib.

Müraciətdə deyilir:

Cənab nazir, həyat yoldaşım, Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyev 02.09.2019-cu ildə kirayədə yaşadığımız Sulutəpə qəsəbəsindəki evdə beyin damarlarının zədələnməsi nəticəsində vəfat edib. Mən hazırda iki övladım - Yağmur Mehdiyeva və Cavidan Mediyevlə birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq.

Cənab nazir, bilirəm ki, siz nazir olaraq daim polis orqanlarında xidmət edən şəxsi heyətin qayğısına qalır, onların problemlərinin həlli üçün lazım olan addımların atılmasına tapşırıq verirsiniz. Buna görə də sizə müraciət etmək qərarına gəldim. Həyat yoldaşımın vəfatından sonra iki övladımla kirayədə yaşamaq çox çətindir. Bir polis işçisinin həyat yoldaşı və iki uşaq anası olaraq sizdən xahiş edirəm ki, ailəmizin mənzillə təmin edilməsinə köməklik göstərəsiniz.

Hörmətlə məcburi köçkün, vəfat etmiş Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyevin həyat yoldaşı Mahizar Mehdiyeva".

Əlaqə nömrəsi: (051) 683-15-32
Vəfat etmiş polisin həyat yoldaşı Vilayət Eyvazovdan kömək istədi - Müraciət


Geri qayıt