"Baku Steel Company” istehsalı dayandırdı, Rasim Məmmədov isə...

"Baku Steel Company” istehsalı dayandırdı, Rasim Məmmədov isə... Paytaxtın ən iri poladəritmə istehlakçısı olan “Baku Steel Company” zavodunda istehsal dayandırılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodda 4 gündür ki, istehsal prosesi dayandırılıb.
Bir müddət öncə isə R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb.

Qeyd edək ki, ona bu işlərdə türk ortağı kömək edib.

Xatırladaq ki, “Baku Steel Company” poladəritmə zavodu 2001-ci ildən eyni adla müxtəlif çeşidli məhsullar istehsal edir.
Geri qayıt