Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olundu - FOTOLAR

Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olundu - FOTOLAR Abşeronda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 8 illik yubileyi qeyd olunub. Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, SHXÇDX-nin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə dünyada və regionda baş verən siyasi proseslərdən danışan Abşeron rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova ölkəmizdə olan sabitliyi önə çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın gücləndiyini, ordumuzun günü-gündən qütrətinin artdığını, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayan başçı bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafına hər zaman lazimi diqqət ayrılıb. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan İ.Gülməmmədova o günün uzaqda olmadığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev bildirib ki, bu 8 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. H.Quliyev vurğulayıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Tədbirdə həmçinin çıxış edənlərdən ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.
Bundan sora fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olundu - FOTOLAR


Geri qayıt