Virusun tüğyan etdiyi bir zamanda: Bakının çirkli avtobusu - FOTO

Virusun tüğyan etdiyi bir zamanda: Bakının çirkli avtobusu - FOTO Hövsan sakinləri “BakuBus”a məxsus 175 nömrəli marşrut avtobusunun çirkli olmasından şikayətçidir.

Sərnişinlərin Cebhe.info-ya verdiyi məlumata görə, marşrut avtobusunun oturacaqları toz içindədir. Fotolardan da göründüyü kimi, 175 nömrəli marşrut avtobusunun oturacaqları çirklidir.

Qeyd edək ki, son günlər ictimai nəqliyyatda təmizlik məsələsi əsas müzakirə mövzusudur. Çində yayılan koronavirus səbəbi ilə ölkə başçısı İlham Əliyevin xüsusi göstərişi ilə Nazirlər Kabineti təcili iclas keçirib və aidiyyəti üzrə əhalinin kompakt istifadə etdiyi xidmətlərə tapşırqlar verilib.

Qeyd edək ki, “BakuBus”a məxsus 99-JX-229 dövlət nömrə nişanlı 175 saylı marşrut avtobusu Hövsan - “28 May” metrostansiyası xətti üzrə hərəkət edir.
Virusun tüğyan etdiyi bir zamanda: Bakının çirkli avtobusu - FOTO
Geri qayıt