MSK Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadənin qalib gəldiyi dairələrdə seçkinin nəticələrini ləğv edəcəyi ilə bağlı anons verdi

MSK Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadənin qalib gəldiyi dairələrdə seçkinin nəticələrini ləğv edəcəyi ilə bağlı anons verdi Bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib...
“33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Bu dairələri gecikdirmədən araşdıracağıq”.

“Bundan başqa 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Günü sabahdan çox ciddi addımlar atacağıq”.

Qeyd edək ki, exit-poll nəticələrinə əsasən 33 saylı dairədən Hüseynbala Mirələmov, 35 saylı dairədən Rauf Arifoğlu, 60 saylı dairədən Fəzail Ağamalı, 79 saylı dairədən Razi Nurullayev, 80 saylı dairədən Çingiz Qənizadə, 81 saylı dairədən isə Şahin İsmayılov qalib elan olunub.
Geri qayıt