İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır

İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır Ailəsi maddi sıxıntılara görə xəstəxananı dəyişib...
«İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır. Maliyyə sıxıntıları ilə əlaqədar ailəsi xəstəxananı dəyişdi». Bunu fevralın 6-da azadliq.org-a tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, İ. Həmidov reanimasiya şöbəsinə yerləşdirilib.

«İ.Həmidov əvvəl «City Hospital»a gətirildi, ilkin yardım olunaraq süni nəfəs verildi. Mərkəzi Klinik Xəstəxananın (MKX) Reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə ora köçürüldü. 10 gün burada müalicə aldıqdan sonra maliyyə sıxıntıları olduğu üçün İ.Həmidov yenidən «City Hospital»a köçürüldü. Burada da həmin müalicə yenə süni tənəffüs aparatı ilə davam etdirilir. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır», - A.Qeybulla əlavə edib.
Geri qayıt